ANS-in iddiaları təmin edilmədi
09 mart 2016 13:09 (UTC +04:00)

ANS-in iddiaları təmin edilmədi

Bu gün Səbail Rayon Məhkəməsində ANS-in MTRŞ-a qarşı daha səkkiz iddiasına baxılıb.

Lent.az-ın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə ANS-in şikayətləri təmin olunub, məhkəmə MTRŞ-nın ANS-ə qarşı çıxardığı cərimə ilə bağlı qərarlarını qüvvədə saxlayıb.

 

 

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 05 oktyabr 2015-ci il və 13 oktyabr 2015-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. 26 şikayət üzrə Səbail Rayon Məhkəməsinin qərarları ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Səbail Rayon Məhkəməsi həmin işləri yenidən baxılması üçün MTRŞ-ya göndərib. Məhkəmə işlərin Milli Televiziya və Radio Şurasında yenidən baxılıb qərar qəbul etməsini istəyib. MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı əvvəlki qərarları qəbul edib. Daha sonra ANS yenidən Səbail Rayon Məhkəməsinə müraciət edib.

 

 

Xatırladaq ki, keçən həftə Səbail Rayon Məhkəməsində ANS-in MTRŞ-ya qarşı 18 inzibatı iddiasına baxılıb. Həmin proseslərdə 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Səlcuq Elçin

Oxşar yazılar