ANS-in apellyasiya şikayətləri təmin edilməyib
25 aprel 2016 11:08 (UTC +04:00)

ANS-in apellyasiya şikayətləri təmin edilməyib

0

 

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-ya verilmiş apellyasiya şikayəti üzrə üç məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, keçirilən proseslərdə qərarlar elan olunub. Hakimlər kollegiyasının qərarlarına əsasən ANS-in apellyasiya şikayətləri təmin edilməyib.

 

Qeyd edək ki, MTRŞ ötən ilin dekabrında ANS ÇM radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar ANS Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 min manat məbləğində cərimələyib. Səbail Rayon Məhkəməsi ANS-in MTRŞ-ya qarşı şikayətlərinə baxıb. Məhkəmə işlərə MTRŞ tərəfindən yenidən baxılması barədə qərarlar qəbul edib. MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub. Səbael Məhkəməsində ANS-in şiakyəti təmin edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar