Ankarada “Hürriyet” qəzetinin redaksiyasının yerləşdiyi ofis atəşə tutulub. APA-nın “Сumhuriyet” xəbər portalına istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, cinayətkarlar hərəkətdə olan avtomobildən atəş açıblar və dərhal hadisə yerindən uzaqlaşıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Məlumata görə, binaya 6 güllə dəyib, pəncərələrin şüşələri qırılıb.
İnsident nəticəsində xəsarət alan olmayıb.