Anasını öldürüb ayaqyolunda basdıran oğul tutuldu
06 noyabr 2015 16:26 (UTC +04:00)

Anasını öldürüb ayaqyolunda basdıran oğul tutuldu

Yevlax rayonunun Aşağı Bucaq kəndində anasını öldürüb, ayaqyolunda basdıran kişi saxlanılıb. Rayon Polis Şöbəsindən APA-nın Qarabağ müxbirinə verilən məlumata görə, sentyabr ayında Mingəçevir sakini, 37 yaşlı Musa Nəsirovun anası Ofeliya Abdullayevanı ailə münaqişəsi zəminində qətlə yetirdiyi üzə çıxıb.

 

Qadının itkin düşdüyü və ya öldürüldüyü barədə rayon Polis Şöbəsinə heç bir məlumat daxil olmayıb. 3 gün əvvəl M. Nəsirovun döydüyü həyat yoldaşı Ülkər Nəsirova iki övladı ilə birlikdə Yevlax rayon Polis Şöbəsinə ərindən şikayət edib. Qadın şikayət ərizəsində qayınanasının iki ay əvvəl itkin düşdüyünü, onun şəxsiyyət vəsiqəsi ilə pensiya kartının isə M. Nəsirovda olduğunu bildirib.

 

Polis şikayətlə bağlı araşdırma aparıb. Məlum olub ki, M. Nəsirov anasını öldürdükdən sonra həyətdəki köhnə tualet quyusunda basdırıb.

 

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Ofeliya  Abdullayeva birinci əri öldükdən sonra azyaşlı uşaqlarını qoyub başqasına qoşularaq rayondan gedib. İllər sonra ikinci əri də ölən qadın payına düşən mirasını götürərək 2015-ci ilin avqust ayında birinci ərindən olan oğlunun evinə köçüb.

 

O. Abdullayevanın 10 uşağı var. Onun yoxa çıxması barədə yaxınları polisə heç bir məlumat verməyib.

 

Faktla bağlı araşdırma aparılır.

# 283
avatar

Oxşar yazılar