Anasını öldürən gəncin işi yüngülləşdirilmədi
21 dekabr 2015 13:10 (UTC +04:00)

Anasını öldürən gəncin işi yüngülləşdirilmədi

 

Bakı Apellyasiya Məhkəməsində anasını öldürməkdə təqsirli bilinən Elvin Əzimovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Elvin Əzimovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib.  

 

Qətl ötən il Sabunçu rayonu Bakıxanov qəsəbəsi, E. Xəlilov küçəsi, 1 ünvanında baş verib. Orada yaşayan, 22 yaşlı Elvin Emin oğlu Əzimov anası, 1968-ci il təvəllüdlü Esmira Talış qızı Əzimovanı qətlə yetirib. Elvin Əzimov qətli törətdikdən sonra binanın pəncərəsindən tullanaraq qaçmaq istəyib. Bu zaman onun hər iki ayağı sınıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən Elvin Əzimov cinayəti namus üstündə törətdiyini açıqlayıb: “Anamı bir neçə dəfə başqa kişilərlərlə telefonla danışanda görmüşəm. Bununla bağlı ona iradımı bildirdim. O, mənə öz həyatını yaşadığını və bunun heç kimə dəxli olmadığını dedi. Həmin gündən etibarən hər gün psixi maddələr qəbul etməyə başladım, içdim. Dərdim böyük idi, heç kimə də bu barədə məlumat vermədim”.

 

Onu da xatırladaq ki, E.Əzimov Bakı Ağır Cinayətlər Məhkəməsində özünü doğramağa cəhd etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Səlcuq Elçin

Oxşar yazılar