Anasını itirmiş gənc bulvarda  özünü öldürmək istədi
22 yanvar 2016 12:09 (UTC +04:00)

Anasını itirmiş gənc bulvarda özünü öldürmək istədi

Bakıda gənc oğlan özünü dənizə ataraq intihara cəhd edib. Lent.az-ın məlumatına görə, dünən Dənizkənarı Milli Parkda 20-25 yaşlı oğlan Saat Qülləsi yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib. Bulvar İdarəsinin mühafizəçiləri onu xilas edərək Post Patrul Xidmətinə təhvil verib.

 

İlkin araşdırma nəticəsində məlum olub ki, həyatına qəsd edən şəxs Şəmkir rayon sakini, Bakıya müvəqqəti gəlmiş 1993-cü il təvəllüdlü Rəsulov Cəlil Akif oğludur. O, Bakı Sağlamlıq Mərkəzində müayinə olunduqdan sonra buraxılıb. Özünün verdiyi izahata görə anası bir müddət əvvəl vəfat edib, atası isə ondan imtina edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Nizam Rza

Oxşar yazılar