Anasını döyən oğul amansızlıqla öldürüldü  - TƏFƏRRÜAT
27 dekabr 2012 13:52 (UTC +04:00)

Anasını döyən oğul amansızlıqla öldürüldü - TƏFƏRRÜAT

Dekabrın 22-də Masallı rayonunda baş vermiş dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub. Hüquq mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Köhnə Alvadı kəndində yaşayan 56 yaşlı Rasim Abıyev qardaşı Əfqan Abıyevi ailə münaqişəsi zəminində qətlə yetirib.

 

Məlumata görə, 43 yaşlı Ə.Abıyev xeyli müddət Rusiya Federasiyasında yaşayıb və orada işləyib. Bir neçə il əvvəl o, Rusiyada evləndiyi qadın və qızı ilə birlikdə kəndə qayıdıb. Lakin anası oğlunun həmin qadınla evliliyinə qarşı çıxıb və onların ata evində yaşamasına icazə verməyib. Bundan sonra Ə.Abıyev ailəsini də götürərək Bakıya qayıdıb və burada ev kirayə tutub. Bu müddət ərzində o, dəfələrlə kəndə anasının yanına da gedirmiş və hər dəfə anasından kəndə köçmək üçün razılıq almağa çalışırmış. Lakin qadın buna icazə verməyib. Hər dəfə də Ə.Abıyev kənddə olarkən inadına görə yaşı 70-i ötmüş anasını döyürmüş.

 

Bundan xəbər tutan Ə.Abıyevin böyük qardaşı Rasim məsələyə müdaxilə edib. Anasının oğlu tərəfindən döyülməsinə dözə bilməyən 56 yaşlı kişi belə hadisələrdən biri baş verən vaxt gecə saatlarında evə gəlib. O, qardaşı Əfqanın anasını yenə vurduğunu görüb. Buna görə də qardaşı ilə dalaşıb. Kiçik qardaşının hərəkətlərinin qarşısını ala bilməyən R.Abıyev daha sonra bıçağa əl atıb. O, bıçaqla Əfqana iki ölümcül zərbə endirib. Ə.Abıyev ölüb, o isə polis şöbəsinə gedərək əməlini etiraf edib və təslim olub.

 

Qeyd edək ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

 

Nizam RZA

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7274

Oxşar yazılar

Bakıda 80 minlik  DƏLƏDUZLUQ

Bakıda 80 minlik DƏLƏDUZLUQ

8 fevral 2025 , 14:41
Türkiyədə selfi çəkən  Nailə qayalıqdan yıxıldı

Türkiyədə selfi çəkən Nailə qayalıqdan yıxıldı

8 fevral 2025 , 14:39
Bakıda kirayədə qaldıqları evi qarət edən ana-oğul tutuldu

Bakıda kirayədə qaldıqları evi qarət edən ana-oğul tutuldu

8 fevral 2025 , 14:00
İnvestisiya adı ilə dələduzluq edən tutuldu

İnvestisiya adı ilə dələduzluq edən tutuldu

8 fevral 2025 , 13:10
Buz qırıldı, 2 uşaq suda boğuldu

Buz qırıldı, 2 uşaq suda boğuldu

8 fevral 2025 , 11:44
Azərbaycanda 40 nəfər yanaraq  ölüb

Azərbaycanda 40 nəfər yanaraq ölüb

8 fevral 2025 , 11:14
Şamaxıda qumar oynayanlar  tutuldu

Şamaxıda qumar oynayanlar tutuldu

8 fevral 2025 , 10:56
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı

Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı

8 fevral 2025 , 10:43