200 min ziyana düşən sahibkar: "Dedilər, sığortaya ehtiyac yoxdur" - <span style="color:red;">REPORTAJ  - <span style="color:red;">FOTOLENT
01 iyul 2016 12:40 (UTC +04:00)

200 min ziyana düşən sahibkar: "Dedilər, sığortaya ehtiyac yoxdur" - REPORTAJ - FOTOLENT

 

Dünən Xətai rayonunda “Maşın bazarı”nda baş verən dəhşətli yanğının olduğu ərazidə polis postu qurulub, hazırda bazara heç kimi buraxılmır. 

 

Lent.az-ın bu gün hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bazarda satış dayanıb, yanğın olmayan hissələrdə belə, ticarət yoxdur.

 

Əməkdaşımızın sözlərinə görə, yanğın  bazarın 1 sırasında baş verib. Bu hissədə əksərən  boya və  neft məhsulları satılır. Hazırda bazarın daxilində Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları xidmət göstərir. Rəsmi məlumata görə, yanğın bazarın 930 kvadratmetr ərazisində baş verib.  

 

Hadisə şahidlərinin dediyinə görə, yanğın bazar ərazisindəki piştaxtalardan birindən başlanıb və tez bir zamanda  böyüyüb.

 

Yanan dükanlardan birinin sahibi Əli kişi deyir ki, dükanların  arasında arakəsmə olmayıb: “Ərazidə iki böyük dükanım var. İllərdir burda işləyirəm. Var-dövlətim hamısı  külə çevrildi. İllər öncə də burda yanğın baş vermişdi. Onda bu qədər ziyan dəyməmişdi. Axşam hadisəni eşidən kimi gəlmişəm. Gördüm, FHN-in işçiləri yanğını söndürməyə çalışır. Bazar müdriyyəti isə  bir yerə su çəkməyib. Ümumilikdə, 120 min dollarlıq malım yanıb. Mənim tələbim bazarın rəhbərliyindəndir. Xahiş edirəm ki, pulumu ödəsinlər. Mən ona hər ay  kirayə, mühafizə pulu ödəmişəm”.

 

Bazarı topdan satışla məşul olan Niyaməddin adlı sahibkara isə 300 min dollardan artıq ziyan dəyib: “Mən dəfələrlə bazarın rəhbəri olan Rasim müəllimin  qəbulunda olmuşam. Mallarımı, dükanımı siğorta elətdirmək istəmişəm. Bununla bağlı sığorta şirkətləri ilə əlaqə saxlamışam. Gəlib baxıblar, heç kim sığorta eləməyib. Bildiriblər ki, tikiliş düzgün aparılmayıb. Ona görə də siğorta edə bilməyəcəklər. İndi bütün malım yanıb. Bilmirəm, necə olacaq. Hər zaman vergimi vermişəm, kassa aparatım işləyib. Bazar rəhbərliyi də ortaya çıxmır. İllər əvvəlki yanğında da demişdi ki, ona dəxli yoxdu, onun da dükanları yanıb". 

 

Əlövsət adlı ticarətçinin sözlərinə görə, bazarda ümumilikdə 35-40 mağazada bütün mallar yanıb:  “Bazarın topdan satış yeriydi.  Bütün bahalı mallar bura gəlirdi. Ümumilikdə, burda milyonlarla dollar dəyərində mal məhv olub. Təkcə mənim 200 min dollarlıq malım yanıb. Bazar rəhbərliyi dünəndən yoxa çıxıb. Gəlib maraqlanan yoxdur.  Deyən yoxdur ki, sizin axırınız necə olacaq. Bazarda heç bir dükanın sığortası yoxdur. Biz o zaman Rasim müəllimə deyəndə ki, gəlin bazarı sığortalayaq. Deyirdi ki, ehtiyac yoxdu, bazar hamımızdır, qoruyuruq özümüz. İndi necə olacaq? Heç kim ortalığa düşmür”.

 

Lent.az-ın əməkdaşının bazarın rəhbərliyində təmsil olunan məsul şəxslərin də mövqeyini öyrənmək cəhdi alınmayıb. Belə ki, hazırda bazarda rəhbərlikdən heç kimi tapmaq mümkün olmayıb. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05