Ana və azyaşlı uşağı yol qəzasında yaralandı
02 sentyabr 2019 19:53 (UTC +04:00)

Ana və azyaşlı uşağı yol qəzasında yaralandı

0
Mingəçevirdə yol qəzası olub.
 
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. “Hyundai” və VAZ markalı minik avtomobilləri toqquşub. 
 
Qəza nəticəsində VAZ-da olan 6 yaşlı şəhər sakini Mehdizadə Bəhlul Bəhruz oğlu və onun adı dəqiqləşdirilməmiş anası xəsarət alıb. Azyaşlı yaralı xəstəxanaya yerləşdirilib, anaya işə xəsarəti yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 723

Oxşar yazılar