Azərbaycan elminə itki üz verib. Lent.az-ın məlumatına görə, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanda nəzəri fizika məktəbini yaradıcısı, Fizika-riyaziyyat elmləri doktoru, Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasının professoru, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Abdulla İbrahim oğlu Muxtarov bu gün ömrünün 95-ci ilində vəfat edib.
Allah rəhmət eləsin!