AMEA-nın keçmiş əməkdaşı olmuş Aliyə Cahangirovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Hakimlər kollegiyasının qərarına görə, birinci instansiya məhkəməsinin şikayəti təmin edilməyib.
Qeyd edək ki, 1973-cü il təvəllüldü A.Cahangirova iki nəfərə qarşı dələduzluqda təqsirli bilinir. O, həmin şəxsləri nəşriyyat işi görmək üçün aldadaraq, onlardan pul alıb. Zərərçəkmişlərdən biri 70 min manat, digəri isə 18 min manatı iş qurmaq adı ilə A.Cahangirovaya verdiyini bildiriblər.
A.Cahangirova əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dizayner vəzifəsində çalışıb. O, həbs edilməmişdən əvvəl AMEA-dan öz ərizəsi ilə işdən çıxarıldığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib.