"AMAY Abdulla"nın istəyi reallaşmadı
11 dekabr 2015 16:10 (UTC +04:00)

"AMAY Abdulla"nın istəyi reallaşmadı

Bakı Apellyasiya Məhkəməsində “A.M.A.Y” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd edək ki, A. Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Abdullayev 13 il il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A. Abdullayev bəraət hökmünün çıxarılması barədə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Səlcuq Elçin

Oxşar yazılar