Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov, Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 5 nəfər zərərçəkən ifadə verib.
Zərərçəkən şəxslərdən Leyla Ağayeva təqsirləndirilən şəxsləri tanıdığını, “Xudafərin” MMC-dən 13 il əvvəl ev aldığını, yalnız mənzilin tam təhvil verilmədiyi üçün köçə bilmədiyini deyib. L. Ağayeva Abdulla Abdullayev və təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirib.
Digər zərərçəkən Vüqar Səfərov da şikayətçi olmadığını bildirib. O, iki ev aldığını, yalnız təmirə maddi imkanı olmadığını qeyd edib. O, heç bir şikayəti olmadığını deyib.
Zərərçəkən şəxslərdən Abdulla Dəmirov 2003 -cü ildə “Xudafərin” MMC-dən ev aldığını, bina tam tikilməsə də onu qane etdiyini vurğulayıb.
Digər zərərçəkmiş Əbülfəz Abdullayev şikayətinin olmadığını desə də, vəkillərin sualına cavab olaraq bildirdi ki, binanın gec təhvil verilməsi ilə bağlı bir il öncə Korrupsiya ilə Mübarizə İdarəsinə ərizə ilə müraciət edib.
Məhkəmə prosesi aprelin 9-da davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
Xatırladaq ki, A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanınd Korrupsiyaya Qarşı Mübarizə Başİdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və yaisrafetmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq müəyyən edibki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək MilliFondunun xətti ilə kənd təsərrüfatı, eləcədə digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon
397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib.
.