
Almaniyadan Azərbaycana qaytarılan miqrantlarla bağlı RƏSMİ AÇIQLAMA
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri müəyyənləşdirilmiş 32 şəxs çarter reysi ilə iyulun 18-də ölkəmizə göndərilib.
Dövlət Miqrasiya Xidmətindən Lent.az-a verilən məlumata görə, readmissiya edilmiş 32 şəxsdən 2-nin - Bayramzadə Sinan Ədalət oğlu və Hüseynova Dilarə Qasım qızının etibarlı sərhədkeçmə sənədləri olduğuna görə barələrində DMX-ya readmissiya sorğusu daxil olmayıb.
DMX tərəfindən readmissiya edilən şəxslərin qarşılanması məqsədilə Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Hava Yolları Qapalı Səhimdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə iyulun 18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda müvafiq tədbirlər həyata keçirilib.
Bütün readmissiya edilən şəxslər onları qarşılayan qohumlarına təhvil verilib, yalnız bir şəxs - Bayramzadə Sinan Ədalət oğlu Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
Oxşar yazılar

Sumqayıtda güllələnmə hadisəsi: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12