Almaniyada yaşayan azərbaycanlılardan bayraq AKSİYASI
16 iyun 2015 14:04 (UTC +04:00)

Almaniyada yaşayan azərbaycanlılardan bayraq AKSİYASI

 

 

Almaniyanın Berlin, Drezden, Maqdeburq, Tangerhütte, Zeitz, Leypsiq və başqa şəhərlərində bir neçə gündür Azərbaycan bayrağı dalğalanır.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu şəhərlərdə yaşayan azərbaycanlılar “Bakı 2015” I Avropa Oyunları ilə əlaqədar evlərinin eyvanından və damından Azərbaycan bayraqlarını asıblar.

 

Soydaşlarımız bu aksiya ilə son günlər Avropa parlamentarilərinin, ümumiyyətlə, Avropa siyasətçiləri və mediasının I Avropa Oyunları ilə əlaqədar Azərbaycan qarşı qərəzli mövqeyinə etiraz etdiklərini, eyni zamanda “Bakı 2015” oyunlarına dəstək verdiklərini bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205

Oxşar yazılar