Alimlərimiz dünyanın yaranma proseslərini araşdıracaqlar
06 mart 2013 15:18 (UTC +04:00)

Alimlərimiz dünyanın yaranma proseslərini araşdıracaqlar

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun təşəbbüsü ilə universitetin Fizika fakültəsində yaradılmış alimlər qrupu CERN-dən (Avropanın Nüvə Tədqiqatları Mərkəzi, İsvecrə) keçiriləcək NA61/SHINE təcrübəsində iştirak edəcək.

 

BDU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qrupa Fizika fakültəsinin dekanı Məhәmmәdәli Ramazanov, doktor Anar Rüstәmov, doktor Məmməd Rәcәbov və doktor Məcid Qocayev daxildir.

 

Qrupa Almaniyanın Hote adına Frankfurt Universitetinin alimi Anar Rustəmov rəhbərlik edir. NA61/SHİNE təcrübəsi CERN-in super proton sinxrotronunda sürətləndirilmiş proton, pion və müxtəlif nüvələrin hədəflə toqquşması zamanı yaranan zərrəciklərin xüsusiyyətlərini tədqiq etməklə dünyanın yaranma proseslərini və onu idarə edən fiziki qanunları kəşf etməklə məşğuldur. Hazırda təcrübədə 14 ölkədən 140 alim fəaliyyət göstərir. BDU-nun CERN təcrübəsində iştirakı Azərbaycan elminin dünyaya inteqrasiyasını sürətləndirəcək. BDU-nun adı elmi məqalələrdə göstəriləcək, müasir standartlara cavab verən kadrlar yetişəcək, Azərbaycan alimləri ən müasir təhlil üsulları və cihazlarla işləyəcək, Azərbaycanda beynəlxalq konfranslar keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740
avatar

Oxşar yazılar