<b>Akif Çovdarov bəraət tələb edir<span style="color:red;"> - MƏHKƏMƏ MÜŞAVİRƏYƏ GETDİ </b>
25 may 2018 17:43 (UTC +04:00)

Akif Çovdarov bəraət tələb edir - MƏHKƏMƏ MÜŞAVİRƏYƏ GETDİ

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edir. Lent.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov çıxış edib. O, barəsində bərəat hökmünün çıxarılmasını istəyib.

 

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını tələb edib.

 

Məhkəmə heyəti mayın 29-dək müşavirəyə yollanıb.

 

Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin höküm ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Səlcuq Elçin

Oxşar yazılar