Ağstafada maşın körpüdən aşıb, iki nəfər ölüb - <span style="color:red;">YENİLƏNİB
07 aprel 2014 12:59 (UTC +04:00)

Ağstafada maşın körpüdən aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Ağstafa rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Poylu kəndi ərazisində baş verib.

 

Ağdam rayon sakini, 29 yaşlı Anar Məmmədov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən körpüdən dərəyə aşıb.

 

Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən iki nəfər sərnişin, Ağstafa rayon Poylu kənd sakini 30 yaşlı Vüsalə Quliyeva və Qaçaq Kərəm kənd sakini 22 yaşlı Vasif Əliyev hadisə yerində dünyaların dəyişiblər. Sürücü Anar Məmmədov və digər sərnişin, Ağstafa şəhər sakini, 24 yaşlı Vüsal Şuşanov ağır bədən xəsarətləri ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1276
avatar

Oxşar yazılar