Ağstafada ağır qəza: <span style="color:red;">1 ölü, 4 yaralı   - <span style="color:red;">YENİLƏNİB
24 noyabr 2015 20:28 (UTC +04:00)

Ağstafada ağır qəza: 1 ölü, 4 yaralı - YENİLƏNİB

Ağstafada bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “KİA” markalı avtomobillə “VAZ 21011”in toqquşması nəticəsində “VAZ”ın sürücüsü, Ağstafa rayon Dağ Kəsəmən kənd sakini 1958-ci il təvəllüdlü Qabil Talıbov hadisə yerində ölüb, onun həmkəndlisi, sərnişin 1988-ci il təvəllüdlü Mahmud İbrahimov və “KİA” nın sərnişinləri Qazax rayon Kommuna kənd sakinləri 1992-ci il təvəllüdlü Gülnar Cəlilova, 1980-ci il təvəllüdlü Səyalı Mirzəliyeva və 1974-cü il təvəllüdlü Vəfagül Mirzəliyeva müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

 

 

**** 19.15

 

 

Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Dağ Kəsəmən ərazisində qeydə alınıb.

 

Qəzada bir nəfərin öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Ağstafa Rayon Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Oxşar yazılar