Ağır qəza törədən şəxs məhkəmə zalında həbs edildi
17 iyul 2017 12:55 (UTC +04:00)

Ağır qəza törədən şəxs məhkəmə zalında həbs edildi

0

Bakıda ölümlə nəticələn ağır qəza törətməkdə təqsirli bilinən Əsgər Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən Əsgər Abbasov 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri ləğv edilib. Əsgər Abbasov məhkəmə zalındaca həbs edilib.

 

Qeyd edək ki, Əsgər Abbasov bir nəfərin ölümünə səbəb olan qəza törətməkdə təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 263-cü (ölümlə nəticələn qəza törətmək) maddəsi ilə ittiham verilib. İstintaq və məhkəmə dövründə barəsində həbs qətimkan tədbiri seçilməyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar