<b><span style="color:red;">Ağdaşda faciə : iki avtomobil toqquşdu, ailənin 5 üzvü xəsarət aldı</b>
08 iyul 2017 12:20 (UTC +04:00)

Ağdaşda faciə: iki avtomobil toqquşdu, ailənin 5 üzvü xəsarət aldı

0
Ağdaşda eyni ailədən nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, Bak-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsindən keçən hissəsində “VAZ-21011” markalı minik avtomobili ilə “QAZel” markalı yük avtomobili toqquşub. Nəticədə Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Musayeva Billurə Mamed qızı, onun bacısı, Goranboy sakini, 1968-ci il təvəllüdlü Məmmədova Lətafət Mamed qızı, Gəncə sakini, 1984-cü il təvəllüdlü Musayev Məqsəd Maqsud oğlu, onun 3 aylıq uşağı Musazadə Maqsud Məqsəd oğlu, Goranboy sakini, 2007-ci il təvəllüdlü Məmmədov Nahid Xalid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
 
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar