Ağdamda yol qəzası: bir nəfər ölüb, o biri ağır yaralanıb - <span style="color:red;">YENİLƏNİB
11 aprel 2014 11:06 (UTC +04:00)

Ağdamda yol qəzası: bir nəfər ölüb, o biri ağır yaralanıb - YENİLƏNİB

0
Ağdamda avtomobil iki nəfəri vurub. Piyadalardan biri hadisə yerindəcə keçinib. Digəri isə əvvəlcə Ağdam, daha sonra isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

APA-nın Qarabağ bürosu xəbər verir ki, gecə saat 00:00 radələrində Ağdam rayon sakini Şükürov Ramil Rafiq oğlu idarə etdiyi 99 EP 049 nömrə nişanlı "Lada Priora" markalı minik maşını ilə rayonun Xındırıstan kəndində qəza törədib. Yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsi idarəetməni itirərək yoldan çıxıb Abbasov Rəşad Nurəddin oğlu və Mirzəyev Mahir Tahir oğlunu vurub. İkinci hadisə yerində keçinib. Digər piyada isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bilidirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1272

Oxşar yazılar