Ağdamda 4 otaqlı ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Ağdam rayonu, Paşalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.