[b]Ağdamda 41 yaşlı kişi özünü yandırıb[/b]
20 iyul 2016 12:01 (UTC +04:00)

[b]Ağdamda 41 yaşlı kişi özünü yandırıb[/b]

0

Ağdam rayon sakini özünü yandırıb. Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Baharlı - 2 qəsəbəsində məskunlaşan 1975-ci il təvəllüdlü Əhmədov Hümbət Saleh oğlu üzərinə benzin tökərək özünü yandırıb. Ətrafda olan şəxslər alovu söndürərək H. Əhmədovu  Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

 

Xəstəxanadan H.Əhmədova ilkin yardım göstərildiyi bildirilib.

 

Yaxınları APA-ya H. Əhmədovun psixoloji problemləri olduğu, ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatda olduğunu deyiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar