Ağdamda 29 yaşlı oğlan özünü güllələdi
11 dekabr 2015 16:35 (UTC +04:00)

Ağdamda 29 yaşlı oğlan özünü güllələdi

0

Ağdam rayon sakini özünü odlu silahla vurub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Quzanlı qəsəbəsində qeydə alınıb. Ağdam rayon Şotlanlı kənd sakini, 1986-cı il təvəllüdlü Aslanov Emin Elxan oğlunun özünü Quzanlı qəsəbəsi 137 nömrəli evdə vurduğu bildirilir

Xəsarət alan E. Aslanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, oradan isə yaxınlıqda yerləşən Hərbi Hospitala aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Onun intihara cəhd etdiyi ehtimal olunur.

Məcburi köçkün olan E. Aslanov Quzanlı qəsəbəsində məskunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar