Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonu, Minəxorlu kəndində (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus ferma ərazisində yığılmış 20 ton ot bağlamasının 10 tonu yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.