Adriano da karyerasını başa vurdu
23 avqust 2013 13:24 (UTC +04:00)

Adriano da karyerasını başa vurdu

0

Braziliya milli komandasının sabiq futbolçusu Adriano karyerasını başa vurub. Lent.az-ın məlumatına görə, 31 yaşlı hücumçu özünə yeni komanda tapa bilməyib.

 

O, yerli “İnternasyonal” və “Botafoqo” ilə danışıqlar aparsa da, fiziki formasının çox aşağı səviyyədə olması səbəbindən hər iki klub rədd cavabı verib. Nəticədə ailəsi ilə məsləhətləşən Adriano böyük futboldan getməyi qərara alıb. “Sambaçı” sonuncu klubu Braziliya “Flamenqo”sunda bir oyun da keçirməyib, son 3 ildə isə cəmi 16 dəfə - hərəyə 8 dəfə İtaliya “Roma”sı və Braziliya “Korintians”ında meydana çıxıb. Sonuncu dəfə o, 4 mart 2012-ci ildə rəsmi oyunun iştirakçısı olub.

 

Adriano vətənində “San-Paulu”nun, İtaliyada “İnter”, “Parma” və “Fiorentina”nın da şərəfini qoruyub. Braziliya millisində isə o, 51 oyuna 29 qol vurub, 2004-cü ildə Amerika Kubokuna, 2005-ci ildə isə Konfederasiyalar Kubokuna yiyələnib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 654

Oxşar yazılar