Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Xəyal Talıbzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə X.Talıbzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il oktyabrın 5-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindən vətəndaş Abbas Muradov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Xəyal Talıbzadə tutulub.