AccessBank-dan “Jurnalistikada yeni nəsil” layihəsi
09 aprel 2013 13:34 (UTC +04:00)

AccessBank-dan “Jurnalistikada yeni nəsil” layihəsi

 

AccessBank-ın layihəsi olan, British Council və Thomson Foundation-la birgə həyata keçirilən “Jurnalistikada yeni nəsil” layihəsi sona çatdı.

BDU jurnalistika fakültəsinin on nəfər tələbəsi həyatlarıında ilk dəfə olaraq bahar bayramını – Novruz bayramını evdə, öz ailələrinin, dostlarının yanında keçirmədilər.

Tələbələr, AccessBank-ın layihəsi olan, British Council və Thomson Foundation-la birgə həyata keçirilən “Jurnalistikada yeni nəsil” layihəsi çərçivəsində seminarlar və media-səfərlər həftəsində iştirak etmək üçün Londonu ziyarət etdilər. 

Həftə Azərbaycan proqramında ilk “Yeni Jurnalistlər”in kulminasiyası ilə əlamətdar oldu. Bu proqram ərzində geniş tələbə qrupu ingilis dili məşğələlərində və 3 jurnalistika kursunda iştirak etdilər.

Bir ilə yaxın davam edən jurnalistika və ingilis dili treninqlərindən sonra Londona getmək üçün on tələbə seçildi. Onların əksəriyyəti üçün bu səfər Azərbaycanın sərhədlərindən kənara ilk səfər idi.

Tələbələr Londonda dolğun həftə keçirdilər. Elə ilk gün onlar Avropa Azərbaycan Cəmiyyəti tərəfindən xüsusi qonaq qismində Novruz bayramı münasibəti ilə Kensington Town Hall-da keçirilən bayram tədbirinə dəvət olundular. Əksəriyyəti azərbaycanlılardan ibarət olan 400 nəfərdən artıq qonaq nitqlər və rəqslər gecəsində iştirak etdilər.

Həftə ərzində tələbələr Londonda piyada, metro ilə, avtobusla və Temza çayında qayıqla gəzərək şəhərin görməli yerlərini müşahidə edir, bloqların aparılması, fotoşəkillərin çəkilməsi və ictimai mətbuat sahəsində öz biliklərini təkmilləşdirirdilər. Həmçinin, qrup məhşur London ikonalarına tamaşa etdi, Qrinviçin dünya şöhrətli Kral Rəsədxanasına baş çəkdi, Viktoriya və Albert Muzeyində təşkil olunan «Yaxın şərqdən gələn işıq» adlı fotojurnalistika sərgisində iştirak etdi və London Olimpiya Parkında oldu. 

Londondakı azərbaycanlıların mədəniyyət mərkəzi – Azərbaycan evi də tələbələri çox səmimi qarşıladı. Burada tələbələr ingilis aktyorlarının ifasında Azərbaycan pyesinin tamaşasının məşqinə baxdılar və mərkəzin sədri, cənab Əli Atalarla söhbət etdilər.   

Media-səfərlər çərçivəsində Ay-Ti-En yayım şirkətinə, Financial TimesThe Guardian-a baş çəkən tələbələr qəzetin məlumatlar jurnalına başçılıq etməklə və Açıq Jurnalistika strategiyasına riayət etməklə əməliyyat-informasiya mərkəzinə necə keçdiyini öyrəndilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28