Abşeronda döyüş sursatı aşkarlandı
02 yanvar 2015 19:43 (UTC +04:00)

Abşeronda döyüş sursatı aşkarlandı

0

Abşeron rayonunda döyüş sursatları aşkarlanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanan sursatlara baxış keçiriblər. Məlum olub ki, bunlar istifadəyə yararlı 1 ədəd RQD-5 əl qumbarası və KPM-3U qurğusudur. Sursatlar aidiyyəti üzrə təhvil verilib.

 

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar