"Yeni Müsavat" qəzetinin növbəti sayı 24 fevral 2015-ci il tarixində satışda olacaq.
Musavat.com-un məlumatına görə, buna səbəb ölkə ərazisində havaların kəskin dəyişməsidir.
Son iki gün ərzində ölkədə, o cümlədən, paytaxt Bakıda qarlı və covğunlu hava şəraiti hökm sürdüyü üçün "Yeni Müsavat"ın rəhbərliyi qəzetin bazar günü sayının nəşr edilməməsinə qərar verib.