Oteldə əmisi qızını öldürənin işi ekspertizaya göndərildi
24 dekabr 2015 14:36 (UTC +04:00)

Oteldə əmisi qızını öldürənin işi ekspertizaya göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Vulkan" oteldə əmisi qızını qətlə yetirməkdə təqsirləndirilən Asim Ağamalıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi keçirilən qapalı prosesdə cinayət işi ekspertizaya göndərilib. Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, qətl hadisə noyabrın 20-də saat 21:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Vulkan” otelinində baş verib.  Hamam otağında 1979-cu il təvəllüdlü, Kürdəmir rayon sakini Şükürova Afaq Rafiq qızının boğaz nahiyəsində stranqulyasiya şırımı xəsarəti ilə müşayət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bakı şəhər hüquq mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şükürovanın əmisi oğlu, 1989-cu il təvəllüdlü Ağamaliyev Asim Rasim oğlu tərəfindən qəsdən öldürülməsində əsaslı şübhələr olduğundan cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib, cinayətin törədilməsində şübhəli bilinən A.Ağamaliyev tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Səlcuq Elçin

Oxşar yazılar