Fövqəladə Hallar Nazirliyi “Sədərək” Ticarət Mərkəzində yanğınla əlaqədar məlumat yayıb. Lent.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, ticarət mərkəzində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 305 m2 olan mağazaların yanar konstruksiyaları ümumilikdə 295 m2 sahədə və 1 ədəd “Beko” markalı kondisioner yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 63 m2 olan 2 mağazanın lambirdən ibarət tavanı və 1 ədəd “Samsung” markalı kondisionerin üzlüyü əriyib. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.
Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin açıqladığı məlumatda bildirilib.
Yanğının yayılmasının qarşısı alınıb, tam söndürülməsi istiqamətində müvafiq işlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
18:55
Bu gün saat 18:30 radələrində Bakının Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində yanğın başlayıb. Lent.az xəbər verir ki, yanğın ticarət mərkəzinin 3-cü sırasındakı bir neçə mağazanı əhatə edir. Hadisə yerinə Qaradağ rayonunun yanğınsöndürmə briqadaları və Yasamal, Binəqədi rayonundan 1 briqada cəlb edilib. Alovun ram edilməsi istiqamətində iş aparılır.