"Şaqman" və  "Kamaz" toqquşdu, xəsarət alanlar var
10 noyabr 2017 06:38 (UTC +04:00)

"Şaqman" və "Kamaz" toqquşdu, xəsarət alanlar var

0

Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 77-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.

 

"Şaqman" markalı yük maşını ilə "Kamaz" markalı iki maşın toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib. Onlar Şabran rayon sakini 1961-ci il təvəllüdlü Əliyev Ələsgər Məmmədəli oğlu və Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Ağaliyev Elman Bəyalı oğludur. Ə.Əliyevin vəziyyəti orta ağırdır, E. Ağamalıyev isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar