"Rabitə işi" ilə bağlı daha bir bəraət tələbi
14 dekabr 2017 14:38 (UTC +04:00)

"Rabitə işi" ilə bağlı daha bir bəraət tələbi

 

 

"Rabitə işi" üzrə daha bir vəzifəli şəxs Ali Məhkəməyə üz tutub.

 

 

Lent.az-ın məlumatına görə,  Aztelekom MMC-nin baş mühasibi olmuş Oktay Rüstəmov Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib.

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alan Oktay Rüstəmov barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, həmçinin özünün və ailə üzvlərinin adına olan mülklərin üzərinə qoyulmuş həbsin götürülməsini tələb edib.

 

 

Bakı Apelyasiya Məhkəməsindən həmçinin bildiriblər ki, bundan əlavə Vidadi Zeynalov və Beytulla Hüseynovun şikayəti icraata qəbul edilib. Digər təqsirləndirilən şəxslərin də şikayəti qəbul ediləndən sonra məhkəmə şikayətlərə baxılması barədə günü müəyyən edəcək.

 

 

Hazırda iş Ali Məhkəmədə Əli Seyfəliyevin icraatındadır.

 

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən onun cəzası 4 ilə endirilib.

13 il müddətinə azadlıqdan məhrum edilən Beytulla Hüseynov Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 7 il 6 aya qədər endirilib. Onun əmlaklarının müsadirə olunması barədə qərar qəbul edilib.

Beytulla Hüseynov məhkəmə dövründə dövlətə vurduğu 10 milyon manatlıq ziyanı tam ödəyib.

 

Vidadi Zeynalov və Beytulla Hüseynovla birlikdə mühakimə olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov 11 il, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov 10 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev 5 il, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Hökmə əsasən, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyevun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

 

 

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib. Qərara əsasən, Namazalı Məmmədov, Qəmbər Bəybalayev, Anar Mustafayev və Emin Məmmədov şərti cəza verilib, onlara məhkəmə zalından azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03