"Qızıl Məryəm"in qatillərinə hökm oxundu - <span style="color:red;">47 İL
01 noyabr 2016 17:25 (UTC +04:00)

"Qızıl Məryəm"in qatillərinə hökm oxundu - 47 İL

 

Bu gün "Qızıl Məryəm" kimi tanınan Məryəm Nemətzadənin qətlində təqdirləndirilən qızı Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, G.Hüseynova 18 il, C.Əsgərov 19 və N.Eyvazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, prokuror çıxışında Günel Hüseynovanın 19 il, Nicat Eyvazovun 10  il, Ceyhun  Əsgərovun isə 20 il azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, bu il yanvarın 5-də, saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nametzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib.

 

Daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu,  1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.

 

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Səlcuq Elçin

Oxşar yazılar