Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə tanışını bıçaqlamaqda təqsirli bilinən Tural Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə görə, Tural Ağayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən il Abşeron rayonunda qeydə alınıb. Saray qəsəbəsində yerləşən "Qatar" kafesində müştərilər Ağayev Arif Abdulla oğlu və Ağayev Tural Azər oğlu arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və Tural Ağayev bıçaqla A.Ağayevə xəsarət yetirib. Bundan sonra dava daha da qızışıb və hər iki şəxsin ətrafında olanlar da münaqişəyə qoşulub.