"Parabank"ın dələduzluqda ittiham edilən qadın əməkdaşı azadlıqda
01 noyabr 2016 13:03 (UTC +04:00)

"Parabank"ın dələduzluqda ittiham edilən qadın əməkdaşı azadlıqda

0

"Parabank"ın dələduzluqda təqsirləndirilən əməkdaşı Sevda Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə o, 7 il müddətə azadlıqdan məhrum edilib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 70-ci( şərti) cəza verilib. İki il sınaq müddəti cəzası ilə o azadlığa məhkəmə zalından buraxılıb.

 

Qeyd edək ki, S.Kərimova "Parabank"ın Nəsimi filialının əməkdaşı olub. O, 90 min manatdan artıq pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib. S.Kərimova Cinayət Məcəlləsi 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar