Bağ evindən oğurluq edənlər tutuldu
16 noyabr 2015 13:36 (UTC +04:00)

Bağ evindən oğurluq edənlər tutuldu

0

Oğurluq etmiş Abşeron rayon Novxanı kənd sakini tutulub.

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də Elşən Mirzəyevə məxsus bağ evindən 3195 manat dəyərində məişət əşyaları oğurlamış Novxanı kənd sakini Rəfayel Fərzəliyev tutulub

Oğurluq etdiyinə görə tutulmuş Yevlax rayon sakini Sirac Bəkirovun digər cinayət əməli də müəyyən edilib.

 

Bundan başqa, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 21-də Elçin Quliyevə məxsus mağazadan sərinləşdirici içki və ərzaq məhsulları oğurlamış Yevlax rayon sakini Sirac Bəkirov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Elçin Cabbarova məxsus mağazadan 400 manat və tütün məmulatı oğurlaması da müəyyən edilib.


Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də Nabat Sadıqovanın həyətindən oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Həmidov da tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 251

Oxşar yazılar