Bakı Metropoliteninin Nərimanov metrostansiyası yaxınlığında 35-40 yaşlı kişi ölüb. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, stansiyanın keçidində bir nəfər ürək tutmasından yıxılıb və can verməyə başlayıb. Ətrafdakı şəxslərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə şahidləri bildiriblər ki, təcilli tibbi yardıma müraciət etsələr də, onlar yalnız 40-45 dəqiqə sonra gəliblər.
Ölən kişinin şəxsiyyəti hələ məlum deyil.