[b]"Nazir müavininin oğluyam deyib... üstümə silah çəkdi" - <span style="color:red;">MƏHKƏMƏ [/b]
24 aprel 2018 11:53 (UTC +04:00)

[b]"Nazir müavininin oğluyam deyib... üstümə silah çəkdi" - MƏHKƏMƏ[/b]

 "Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə  davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Aslan Ağayev dindirilib. O bildirib ki, təqsirləndirilən şəxsin ona pul borcu var. Bu zaman təqsirləndirilən şəxs bildirib ki, Aslan onun üzərinə silah çəkib: "Mənə çəkdiyin silahı burda da çək. Məni korrupsiya ilə hədələyirdin, onları danış. Bütün pulları əlimdən sən almısan. Məni zibilə sən salmısan".

 

Şahid bildirib ki, Gündüz Hüseynovla onu Emin Poladov tanış edib: "Emin mənim iş yoldaşım olub. Bizi o tanış edib. Dedi, jurnalistlərə tikilən binada ev var. Məndən 15 min manat aldı. Sənədləşmə üçün ayrı pul verdim. Dostlarım Maksim və Dimadan da 20 min manat almışdı. Dimanın pulunu qaytardı. Xalamın oğlu Emin İlyasov 18 min manat verib. Pulları "Kamalə Nərmin" restoranın yanında vermişəm. Heç bir sənədim yoxumdu deyə şikayətçi ola bilmədin. Mənə və xalam oğluna jurnalist vəsiqəsi vermişdi. İkimiz də xüsusi müxbir idik. Qəzetində bizim adımıza məqalələr çap olunurdu. Hər ay yazılarımız çıxırdı. Yazıları özü yazırdı".

 

 

Təqsirləndirilən şəxs bildirib ki, Aslan Ağayev ona nazir müavinin oğlu olduğunu deyib: "Məni onla hədələyirdi, atası ilə də görüşmüşəm. Dedi ki, Kənd Təsərrüfatı nazirin müaviniyəm".

 

Aslan Ağayev bildirib ki, nazir müavinin oğlu olsaydı mənzili olardı: "Nazir müavinin oğlu olsam, 15 min niyə sənə verərdim. Gedib şəhərin mərkəzində öz qiymətinə ev alardım".

 

Hakim bildirib ki, niyə görə şikayətçi olmayıb: "Xalam oğlu ilə nə qədər pulumuzu istədiksə də vermədi. Ev də alınmadı. Gördük ki, tutulub. Fikirləşdik ki, onsuz həbsə gedir, pulu ondan ala bilməyəcik. Ona görə də, şikayətçi olmadıq".

 

 

Hakim qeyd edib ki, şahidin də dediklərinə boşluqlar var: "Bununla bağlı araşdırma aparılacaq".

 

 

Məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında Gündüz Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

 

Proses mayın 1- də davam edəcək.

 

 

Qeyd edək ki, G.Hüseynov öz işçilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. O bütün zərərçəkənlərə jurnalistləri tikilən binada ev verdirəcək vədi verib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308
avatar

Səlcuq Elçin

Oxşar yazılar