"Muğanbank"ın xəzinədarının məhkəməsi başladı
16 iyun 2017 11:56 (UTC +04:00)

"Muğanbank"ın xəzinədarının məhkəməsi başladı

0

Dələduzluqda təqsirləndirilən "Muğanbank" ASC-nin xəzinədarı olmuş Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

 Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 20-nə təyin edilib.

 

Qeyd edək ki, A.Əliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar