"Mitsubişhi" yol kənarındakı beton dirəyə çırpıldı
04 avqust 2019 16:41 (UTC +04:00)

"Mitsubişhi" yol kənarındakı beton dirəyə çırpıldı

0
Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
 
"Mitsubişhi" markalı minik avtomobili yol kənarındakı beton dirəyə çırpılaraq aşıb. Nəticədə Bakı sakinləri - 55 yaşlı Kifayət Tağı qızı Allahverdiyeva və 59 yaşlı Xəqani Vedi oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.                                                                
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 593

Oxşar yazılar