Beyləqan rayonunda dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, gecə saatlarında rayonun Birinci Aşıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Yaşar Novruzovun idarə etdiyi "Mercedes" markalı, 11 BG 172 dövlət qeydiyyat nişanlı "Mercedes" Dünyamalılar kəndində körpünün üstündə yoldan çıxaraq sağdakı qaz borusuna çırpılıb. Qəzadan sonra borunun partlaması ilə yanğın başlayıb. Sürücü və digər sərnişinlər maşından düşərək xilas ola bilsələr də, avtomobildə olan 2011-ci il təvəllüdlü Novruzov Zaur Nurlan oğlu aldığı xəsarətlərdən vəfat edib.
Qəzada ölən 5 yaşlı uşaq sürücünün qardaşı nəvəsi olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
xxxx
04:59
Beyləqan rayonu, Dünyamalılar kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yol kənarından keçən qaz borusuna çırpılaraq yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub