31 oktyabr ADA universitetində Facemark.az onlayn marketinq portalının təşkilatçılığı ilə ölkəmizin ilk Rəqəmsal Marketinq Konfransı keçirildi. Mobil marketinq, sosial media marketinqi, rəqəmsal marketinq strategiyası panellərindən ibarət konfransda 21 nəfər spiker öz təcrübəsini paylaşdı.
Konfransda 344 nəfər yerli mütəxəssis birlikdə müzakirəyə qoşuldu. Saat 10:00-da başlayan tədbir 18:00-da yekunlaşdı. Konfrans günü instagram-da 300-dən çox şəkil paylaşıldı və #dmc2015 həştəqi ilə paylaşılan şəkillər boxx yeni texnologiyası vasitəsilə dərc edilib iştirakçılara hədiyyə edildi.
Qeyd edək ki, #dmc2015 həştəqi gün ərzində 410000 izləyiciyə çatmışdı.Aktivlik digər sosial şəbəkələrdə də eyni sürətlə davam edirdi.
Həmçinin, Facermark.az rəqəmsal marketinq konfransına özəl olaraq yerli mütəxəssislərimizin təcrübəsi əsasında yazılmış, 33 yazarın 130 praktiki yazısını birləşdirərək "Bu günün marketinqi" kitabını konfrans günü satışa çıxardı. Kitabı əldə edə bilməyənlər onlayn sifarişdən faydalana biləcəklər.
Rəqəmsal Marketinq Konfransının təsisçisi Aysel Cəbrayılova bildirir ki:" Konfransın anşlaqla başlaması və müzakirələrin hələ də davam etməsi bu sahəyə olan böyük marağın göstəricisidir. Biz inanırıq ki, iştirak edən hər kəs özünə faydalı məlumat ala bildi. DMC hər ilin oktyabr ayının son şənbə günü keçiriləcək. İştirakçılarımızın, spikerlərimizin rəylərini nəzərə alaraq növbəti il daha faydalı olmağa çalışacağıq".
Digital Marketing Conference təşkilatçıları adından bütün iştirakçılara, spikerlərə və tərəfdaşlarımıza təşəkkür edirik!
Təşkilatçı: Facemark.az
Kreativ tərəfdaş: Brandup digital agency
İnformasiya dəstəyi: oxu.az, anspress.az, Friday.az, GSR FM
Tərəfdaşlar: ADA universiteti, Marketinq Azərbaycan, FMR TV, Marketing AİR, Kapitalbank, New media, Admedia, Azprint, Avtostop, boxx, Click photo agency, Keepface, Marketinq,az, Kontakt home, Mobchannel, Özfilm, sosialmedia.az
Ətraflı məlumat üçün:
--