Kriminal aləmdə "Lotu Quli" kimi tanınan və hazırda həbsdə olan Nadir Səlifovun bacısının əri Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən proses jurnalistlər buraxılmayıb.
Prosesdə 1 nəfər hal şahidi dindirilib. Daha sonra isə bir şahid barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilib.
Xatırladaq ki, Vidadi Hüseynov məhkəmədə ifadəsində bildirib ki, onu "Lotu Quli"yə görə tutublar: "Polisdə dedilər, Nadir Səlifovun bütün yaxınları tutulur, sən də həbs olunmalısan".
Məhkəmə prosesi aprelin 19-a təyin edilib.
Qeyd edək ki, V. Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkarlanıb.
V. Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.4.3ci (külli miqdarda narkotik vasitə) maddəsi ilə cinayət işi başlanılıb.
V. Hüseynov hazırda həbsdə olan və "Lotu Quli" ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun bacısının həyat yoldaşıdır.