"Kanal 13” internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun cinayət işi məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı çıxışında Əziz Orucovun 7 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil Cavad Cavadovun müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi dekabrın 12-də davam edəcək.
Qeyd edək ki, Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham verilib.