"İŞİD"çilərin işi Ali Məhkəməyə göndərildi
"İraq Şam İslam Ordusu" (İŞİD) terror təşkilatının Suriya ərazisində olan qanunsuz silahlı birləşmələrində iştirakda ittiham olunan İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Telman Bəkirov və Masallı rayon sakini, 1990-cı il təvəllüdlü Mübariz Tahirovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılması qərara alınıb.
Lakin qərardan təqsirləndirilən şəxslər narazı qalıblar və apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə qərar qəbul edilməsi üçün kasasiya şikayəti verilib.
Buna görə də apelyasiya instansiyasında iş dayandırılıb və iş materialları baxılması üçün Ali Məhkəməyə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinin 14 il müddətə azadlıqdan məhrum edilib. Onlar məhkəmənin hökmü ilə razılaşmayıblar və barələrində bəraət hökmünün çıxarılması üçün apelyasiya şikayəti veriblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tə5rəfindən həbs edilib. Telman Bəkirov və Mübariz Tağıyev 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD” terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.
153