"Günəşli"də xəsarət alan neftçilərdən 1-i evə buraxıldı
17 dekabr 2015 16:17 (UTC +04:00)

"Günəşli"də xəsarət alan neftçilərdən 1-i evə buraxıldı

0

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 1 nəfəri evə buraxılıb, 1 nəfər isə yenidən müraciət edib. 

 

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, xəstəxanada olan 15 neftçinin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, neftçi Rəman Orucovun səhhətində problem olmadığına görə evə buraxılıb: “Ambulator müalicəyə göndərilən İltifat Şahbazov isə yenidən xəstəxanaya müraciət edib və palataya yerləşdirilib”.

 

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar