"Gallup" İnstitutu Dağlıq Qarabağı müstəqil ölkə kimi təqdim edib
23 may 2014 12:13 (UTC +04:00)

"Gallup" İnstitutu Dağlıq Qarabağı müstəqil ölkə kimi təqdim edib

Birləşmiş Ştatlarda fəaliyyət göstərən "Gallup" İnstitutu dünya ölkələrində cəmiyyətlərin mənfi və müsbət emosiyaların üstünlüyünə dair növbəti rəy sorğusunu açıqlayıb.

 

APA TV-nin məlumatına görə, sorğuda Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionu ayrıca dövlət kimi göstərilib. İctimai rəyin öyrənmə mərkəzinin keçirdiyi sorğu 137 ölkəni və separatçı bölgəni əhatə edib. Sorğuya cəlb olunan respondentlər bir gün əvvəl özlərini necə hiss etdiklərini deyiblər. Nəticələr əsasında pozitiv və neqativ düşünən ölkələrin reytinqi tərtib edilib. Azərbaycanda sorğuya cəlb olunan respondentlərin 55 faizi bir gün əvvəl müsbət emosiya yaşadıqlarını ifadə ediblər. Ermənistanda bu rəqəm 56 faiz təşkil edib. Ən çox müsbət emosiya yaşanılan ölkələrin ilk onluğuna Paraqvay rəhbərlik edir. Ümumilikdə ilk onluqda yer alan ölkələrin əksəriyyəti Latın Amerikası dövlətləridir. Ən çox mənfi emosiyanın yaşandığı ölkə isə Suriyadır. Vətəndaş müharibəsi gedən bu ölkədə insanların yalnız 36 faizi bir gün əvvəl müsbət emosiya yaşadıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21